IQNA

Ən böyük qələbə və azadlıq Bəhreyndə demokratiya və azadlığın yaranmasıdır

10:14 - April 05, 2017
Xəbər sayı: 3481501
Alınan son məlumta əsasən, Bəhreynin həbsdə olan nüfuzlu ruhanisi məhkəmənin yeni qərarına münasibət bildirib.

Ən böyük qələbə və azadlıq Bəhreyndə demokratiya və azadlığın yaranmasıdır

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri-ə istinadən xəbər verir ki, ölkənin "Əl Vifaq” təşkilatının həbsdə olan rəhbəri Şeyx Əli Salman məhkəmənin ona verilmiş qərarı dəyişməsinə münasibət bildirərək deyib: "Ən böyük qələbə və azadlıq Bəhreyndə demokratiya və azadlığın yaranmasıdır. Mənə qarşı atılan bütün ittihamlar qondarmadır.”

Qeyd edək ki, Bəhreyn məhkəməsi Şeyx Salmanın işinə yenidən baxaraq, 9 illik həbs cəzasını 4 ilə endirib. Onun 28 dekabr 2018-ci il tarixində azadlığa çıxacağı gözlənilir.

captcha