Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İnsan Haqları İzləmə Təşkilatı (red- Human Rights Watch) Myanma ordusunun ölkədəki arakanlı müsəlmanlara qarşı cinayət törətdiyini bəyan edib.
HRW-dən verilən açıqlamada bildirilib ki, baş verən hadisələr qeyri-insani addımdır.
Təşkilat arakanlı müsəlmanların zülmə məruz qaldığını və ədalətin onlar üçün də zəruri olduğunu vurğulayıb. "Arakanlı müsəlmanlar öz canlarını qorumaq üçün vətənlərindən qaçırlar”, deyə HWR-dən qeyd edilib.