IQNA

Mosulda İŞİD-in təlim mərkəzi ələ keçirildi

13:27 - March 03, 2017
Xəbər sayı: 3481411
İraq hərbi qüvvələri İŞİD terrorçu qruplaşmasının Mosul şəhərindəki ən böyük təlim mərkəzini ələ keçirib.

Mosulda İŞİD-in təlim mərkəzi ələ keçirildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) eastnews-a istinadla xəbər verir ki, İraq hərbi qüvvələri İŞİD terrorçu qruplaşmasının Mosul şəhərindəki ən böyük təlim mərkəzini ələ keçirib.

Təlim mərkəzini yerin altında inşa edən terrorçuların buradan aviazərbələrdən qorunmaq üçün də istifadə etdiyi bildirilir.

Bundan əlavə, İraq Kürdistan Yurdsevərlər Birliyi Kərkük vilayətində yerləşən Şimal neft şirkətinin ixtacat mərkəzində nəzarəti tam ələ alıb.

Hazırda Mosulun qərbində hərbi əməliyyatların sürətlə davam etdiyi vurğulanır.

Teqlər: mosul ، İŞİd ، İkna ، quran ، terror ، məscid
captcha