IQNA

Nigeriya ordusu daha bir dəfə bu ölkə şiələrinə hücum etdi

10:19 - March 03, 2017
Xəbər sayı: 3481409
Nigeriya ordusu və polis qüvvələri ötən gecə Kastina şəhərində bu şəhərin şilərinin rəhbəri Şeyx Yəqub Yəhyanın evinə hücum edib.

Nigeriya ordusu daha bir dəfə bu ölkə şiələrinə hücum etdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, yerli KİV-lərin məlumatına görə ordu və polis qüvvələrinin Kastina şəhərində Şeyx Yəqub Yəhyanın evinə hücum zamanı Əhli-beyt (ə) ardıcıllarından bir neçə nəfər yaralanıb.

Neçə nəfərin yaralandığı və onların durumu haqqında dəqiq məlumat yoxdur.

Ordu və polis qüvvələri binaya girərkən qarşılarına çıxan şəxslərə qarşı güc tətbiq edib və onları döyüblər.

Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.

Ötən ildən indiyədək Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə dinc etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Teqlər: nigeriya ، ordu ، iqna ، İkna ، İslam ، stina şəhəri
captcha