IQNA

Amerikalı məktəb müdiri islamofob mövqeyinə görə istefaya göndərildi

19:39 - April 24, 2016
Xəbər sayı: 3480365
Tehran, 24.04.2016 – Amerikanın Nyu-Cersi ştatında bir məktəbin idarə heyətinin üzvü islamofob çıxışlarına görə camaatın etirazlarının ardınca istefaya göndərildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) ABC Nyuz xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Nyu-Cersi ştatında bir məktəbin idarə heyətinin üzvü islamofob çıxışlarına görə camaatın etirazlarının ardınca istefaya göndərildi.

Bir müddət öncə Amerikanın Nyu-Cersi ştatında Elmud Park məktəbinin idarə heyətinin üzvü Gladis Griskyuz özünün şəxsi Facebook səhifəsində yazmışdı ki, guya Amerikada müsəlmanların mövcudluğu onu ailəsinin təhlükəsizliyi baxımından nigaran edir.

Elmud Park məktəbinin idarə heyətinin üzvü Facebook səhifəsində yazıb: Müsəlmanlar öz səhralarında qalsınlar və öz ölkələrində İslam dininin ardıcılı olsunlar.

O, başqa bir postda yazıb: Biz nə üçün müsəlmanların həyat tərzinə təslim olmalıyıq? Fransalılar onlara gedin rədd olun dedilər və bunu bizim prezidentimiz də etməlidir.

Gladis Griskyuz özünün şəxsi Facebook səhifəsində paylaşdığı yazılar ümumi kütlənin, şagird və tələbələrin qəzəb və nifrətinə səbəb olduğu üçün tələbələr, əyalət məclisi və Amerikanın İslami Əlaqələr Şurası onun sözü gedən məktəbdən çıxarılmasını tələb etdilər.

Amerikanın İslami Əlaqələr Şurasının Nyu-Cersi şöbəsinin icraçı müdiri Ceymz Suiz bu barədə dedi: Çox təəssüfedici haldır ki, Elmud Park məktəbinin idarə heyətinin üzvü Gladis Griskyuz müsəlmanların Amerikada hüzurunu öz ailəsi üçün təhlükəli və nigaranedici sayır. Halbuki onun ailəsi üçün heç bir təhdid və təhlükə yoxdur. Həqiqətdə isə onun bu çıxışları onun dini və irqi azlıqlar barədə nifrəti və quru təəssübkeşliyindən irəli gəlir.

http://iqna.ir/fa/news/3491179


Teqlər: iqna ، islamofob ، anti-İslam
captcha