IQNA

İslam İnqilabının Rəhbəri "Novruz müraciəti"ndə vurğuladı:

Bu ili "Dövlət və millət; həmrəylik və yekdillik" ili adlandırıram

13:32 - March 21, 2015
Xəbər sayı: 3018880
Siyasi qrup: İslam İnqilabının Ali Rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xamenei cənabları Baharın ilk günü və 1394-cü Günəş ilinin gəlişi münasibəti ilə hər il olduğu kimi bu il də İran xalqına müraciət ünvanladı. O, Novruz bayramını bu bayramı keçirən bütün xalqlara təbrik deyərək vurğuladı: "Bu ili (1394-cü Günəş ilini) "Dövlət və millət; həmrəylik və yekdillik ili" adlandırıram".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Liderin dəftərxanasının rəsmi informasiya protalına istinadən verdiyi xəbər görə İslam İnqilabının Ali Rəhbəri və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Hüseyni Xamenei cənabları Baharın ilk günü və 1394-cü Günəş ilinin gəlişi münasibəti ilə hər il olduğu kimi ənənəvi olaraq bu il də İran xalqına müraciət ünvanlamış, Novruz bayramını bu bayramı keçirən bütün xalqlara təbrik deyərək bu ili (1394-cü Günəş ilini) "Dövlət və millət; həmrəylik və yekdillik ili" adlandırmışdır.



Yeni il müraciətində də deyili:



Bismillahir-Rəhmanir-Rəhim



Ya, Muqəllibəl Qulube Vələbsar, Ya, Mudəbbirəl Ləyli Vənnəhar, Ya, Muhəvviləl Hauli Vələhval, Həvvil Haləna İla Əhsənil Hal



Əssəlamu Əla Fatimətə və Əbiha və Bələha və Bəniha



İlin başlanması Həzrət Zəhra səlamullah ələyhanın şəhadəti günlərinə təsadüf edir.



Bizim xalqımızın Peyğəmbər xanədanına və Böyük Peyğəmbərin əziz qızına olan hörməti tələblərə malikdir ki, mütləq hamı ona riayət etməlidir, mütləq riayət edəcəkdir də.



Ümid olunur ki, bu günlər və bu il Fatemi bərəkətləri ilə dolu və ona malik olmuş olsun. Və bu böyük şəxsiyyətin adı və O Həzrətin xatirəsi 1394-cü ildə öz dərin və daimi təsirlərini xalqımızın həyatında göstərsin. Və ümid edirik ki, yeni hicri şəmsi ilinin başlanğıcı olan bu təbiət baharının başlanması İran xalqı və Novruzu əziz tutan bütün xalqlar üçün mübarək olmuş olsun!



Həzrət Bəqiyyətillahiləzəm ərvahunafidanın sahətinə təvazökarcasına salam göndərirəm!



Böyük imamımız və əziz şəhidlərimizin xatirələrini bu fürsətdə əziz tuturuq və ümid edirik ki, bizi həmin əzizlərin pak nəfəslərinin bərəkətlərinə və pak ruhlarının dualarına malik etmiş olsun.



Xülasə şəkildə 1393-cü ilə və bu saatda başlanan cari ilə nəzər salırıq. 1393-cü il həm daxili sahədə, həm də xarici və beynəlxalq sahədə bizim ölkəmiz üçün macəralarla dolu bir il idi. Həm problemlərimiz olmuşdu, həm də irəliləyişlərimiz. Biz 1393-cü ilin əvvəlində məhz elə bu problemlərə görə, ili “Milli əzmkarlıq və cihad idarəçiliyi” ili adlandırdıq.



1393-cü ildə baş verənlərə nəzər salmaqla görürük ki, milli əzmkarlıq əlhəmdulillah, özünü göstərmiş və mövcud olmuşdur. Xalqımız öz əzmkarlığını həm onun üçün mövcud olmuş bəzi çətinliklərə dözməkdə göstərdi, həm də 22 bəhmən günündə və Qüds günündə və əzəmətli Ərbəyin yürüşündə bu əzmkarlıq və bu ciddi-cəhdi göstərdi və nümayiş etdirdi.



Cihad idarəçiliyi də bəzi bölmələrdə əlhəmdulillah, aşkar şəkildə özünü göstərirdi. İnsan cihad idarəçiliyini müşahidə etdiyi bölmələrdə irəliləyişləri də müşahidə etmiş oldu. Bu, əlbəttə, 1393-cü ilə xas olan bir tövsiyə deyil, həm milli əzmkarlıq, həm də cihad idarəçiliyi həm bu il üçün, həm də üzümüzə gələcək bütün illər üçün xalqımıza lazımdır.



Və 1394-cü ildə əziz xalqımız üçün böyük arzulara malikik və bu arzuların hamsı əldəolunasıdır. Bizim bu ildə xalq üçün olan böyük arzularımız iqtisadi inkişafdır, regional və beynəlxalq qüdrət və başıucalıqdır, sözün əsl mənasında elmi sıçrayışlardır, məhkəmə və iqtisadi ədalətdir və iman və mənəviyyatdır ki, hamısından daha mühümmü və digər əsas məsələlərin dayağıdır. Bizcə, bütün bu istək və arzular əldəolunasıdır. Bunların heç biri elə şeylər deyildir ki, İran xalqının imkanlarından və quruluşumuzun siyasətlərinin imkanlarından kənarda olmuş olsun. Bizim imkanlarımız olduqca böyükdür. Bu barədə deməli sözlər vardır ki, inşaallah, onların mühümlərinə axşamkı çıxışda işarə olunacaq.



Bu saatda əziz xalqımıza demək istədiyim məsələ budur ki, bu böyük və mühüm imkan əldəolunasıdır, lakin onun şərtləri var. Ən mühüm şərtlərdən biri, xalq ilə dövlət arasında səmimi əməkdaşlıqlardır. Əgər bu səmimi əməkdaşlıqlar iki tərəfdən formalşarsa, mütləq bizim arzularımızdan olan bütün məsələlər əldəolunası olacaq və onun nəticələrini əziz xalqımız gözü ilə görəcəkdir.



Dövlət xalqın işçisi və xalq dövlətin iş sahibidir. Xalq ilə dövlət arasında daha artıq səmimilik, daha artıq əməkdaşlıq və daha artıq həmrəylik olmuş olarsa, işlər daha yaxşı irəliləyəcəkdir. Bir-birilərinə etimad etməldirlər, həm dövlət sözün əsl mənasında xalqa inanmalı və xalqın dəyəri, önəmi və qabiliyyətlərini düzgün surətdə qəbul etməlidir, həm də xalq onun işlərini yerinə yetirən dövlətə sözün əsl mənasında etimad etməlidir. Mənim bu barədə həm sözlərim, həm də tövsiyələrim var, inşaallah, çıxış zamanı onlara işarə edəcəyəm. Buna görə, məncə, bu ili dövlət və xalqın geniş həmkarlıqları ili bilmək lazımdır. Mən bu il üçün bu şüarı seçmişəm: Dövlət və xalq; həmrəylik və yekdillik. Ümid edirik ki, bu şüar əməldə həyata keçsin və hər ikisi, bu şüarın hər iki tərəfi, yəni bizim əziz xalqımız, böyük xalqımız, ciddi-cəhdli və şücaətli xalqımız, uzaqgörən və aqil xalqımız, həmçinin xidmətgöstərən dövlət sözün əsl mənasında bu şüara əməl edə bilsinlər və onun əsər və nəticələrini görsünlər.



Allah-Taaladan ölkənin bütün böyük işlərinin irəliləməsini istəyir və Allah-Taaladan xidmət göstərmək sahəsində uğur qazanmağımızı diləyirik.



Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.


Teqlər: novruz ، İslam ، bayram ، bahar ، şəmsi
captcha