IQNA

Nə üçün iman qəhrəmanları daha çox istiğfar edirlər?

9:24 - May 14, 2022
Xəbər sayı: 3492226
İnsan xəta və günah qarşısındadır. Digər tərəfdən xətadan və günahdan uzaq, daha çox mənəviyyat və iman sahibi olan və möminlərin nümunəsi kimi təqdim edilən örnəklər də var. Amma niyə bu örnək göstərilən şəxslər ən çox göz yaşı tökür və istiğfar edirlər? Məgər onlar daha çox günah ediblər?

Rəvayət edilir ki, Peyğəmbər gündə 70 dəfə istiğfar edərdi. "İftitah" duası, Əbu Həmzə Somali duası, Kumeyl duası və s... kimi ilahi övliyaların duaları da özünü qınamaq və peşmanlıq ifadəsi və günahı tərk etmək qərarı ilə doludur. Övliya və imamların göz yaşları və istiğfarlarının sirri nədir? Bu, bizi öyrətmək üçündür, yoxsa reallıqdan qaynaqlanır? Quran və hədis elmləri üzrə mütəxəssis, universitet müəllimi Məryəm Pərtov qısa bir çıxışında bu suala belə cavab verib:

"Biz adətən məsumlar haqqında belə düşünürük. Çünki onlar günah etmirlər və pak insandırlar. Ona görə də onların istiğfar etməsini qəribə hesab edirik. Buna əsasən, onların Əbu Həmzə Somali duası kimi uzun dualarının bizim tərbiyəmiz və bizə öyrətmək üçün olduğunu düşünürük. Yoxsa boş məclislərdə oturmuşam deyəcək məqamda deyillər. Yaxud Peyğəmbər (s) ağlayıb Allahdan diləsin ki, ilahi, məni bir an belə öz başıma buraxma.

Sual olunur ki, bu ilahi şəxsiyyətlər niyə belə edirlər? Cavab budur ki, bəndə nə qədər uca məqamlı və Allaha nə qədər yaxın olarsa, Allaha ehtiyacını bir o qədər dərk edər. Biz bu ehtiyacı daha az başa düşürük və Allah qarşısında necə fəqir olduğumuzun fərqində deyilik. Peyğəmbərin (s) "fəqirlik mənim fəxrimdir" buyurduğu cümlə bu fəqirliyə və onların Allaha qarşı mövcud olan ehtiyaclı olmasını başa düşməsinə aiddir.

Buna görə də Quranda xas bəndələrə "əvvab" deyilir. Yəni çox tövbə edib daim Allaha üz tuturlar. Quranda "Əvab" sözü dörd dəfə gəlib ki, üç peyğəmbərə işarə edir. "Sad" surəsində oxuyuruq: "Onların dediklərinə səbir et və Davudu Bizim güc və qüdrət sahibi olan bəndələrimizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi". (Sad surəsi ayə 17). O, Süleyman peyğəmbər haqqında deyir: "Biz Davuda Süleymanı əta etdik. O, gözəl bəndə idi. Həqiqətən o, (Bizə tərəf) çox qayıdan idi". (Sad surəsi ayə 30). Həmçinin Əyyub (ə) haqqında gəlib: "Və bir dəstə çubuq götür və onunla vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə! Həqiqətən o, (Bizə tərəf) çox qayıdan idi".(Sad surəsi ayə 44). Deməli, övliyaların ağlayıb tövbə edib bağışlanma dilədiklərini gördükdə bu, Allahın haqqını daha çox bildiklərinə görədir. Habelə onlar hamıdan çox Allahın bəndəliyini tanıyırlar.

Ayələrdə qeyd olunduğu kimi, bu, bəndəlik məqamıdır ki,  "Əvvab" (Allaha tərəf) çox qayıtmaqla nəticələnir. Bizdə bu bəndəlik olmadığı üçün "Əvvab" (Allaha tərəf) çox qayıdan deyilik.

4053745

Teqlər: İman ، istiğfar ، günah ، məsum ، övliya
captcha