İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, pandemiya ilə bağlı 2-illik məhdudiyyətlərdən sonra fəaliyyətini bərpa edən məscidin rəhbərliyi cəmiyyətin bütün dinlərdən olan üzvlərini həftəsonu keçiriləcək “açıq qapı” günündə məscidə dəvət ediblər.
Tədbir şənbə günü – 14 mayda keçiriləcək.
İcma insanlardakı müsəlmanlar və məscidlərə dair yanlış təəssüratları aradan qaldırmaq niyyətindədir.
Məscid turu ilə yanaşı xəttatlıq və xına ilə bəzəmə üzrə master-klass da keçiriləcək.
“Məscid artıq 10 ildən artıqdır ki, açıqdır. Gündəlik ibadətlərdə təxminən 100 nəfər, cümə namazında isə 600 nəfər iştirak edir“, – deyə məscid icmasının sədri Karen Makhyu bildirib.
Son illər ərzində məscidə gələnlərin sayı o dərəcədə artıb ki, şəhərdə əlavə məkan kirayələmək zərurəti yaranır, çünki cümə günləri hamı üçün yer çatmır.