IQNA

İranın 37. Beynəlxalq Quran yarışlarında 70 ölkə iştirak edir

10:38 - January 20, 2021
Xəbər sayı: 3489095
Tehran (IQNA) -  İran İslam Respublikasının təşəbbüsü ilə Quranın təfsiri, tilavəti və hifzi üzrə keçirilən beynəlxalq Qurani-Kərim yarışlarının 37-ci turunun yarımfinal mərhələsinin start verilib.

Tehran (IQNA) -  İran İslam Respublikasının təşəbbüsü ilə hər il keçirilən beynəlxalq Qurani-Kərim yarışlarının 37-ci turuna start verilib.

Bu barədə İran İslam Respublikasının İslami Fondlar və Xeyriyyə İşləri Təşkilatının Quran Fəaliyyətləri Mərkəzinin rəisi Mehdi Qaraşeyxli məlumat verib.

Yanvar ayının 19-da onlayn başlayan bu yarışlarda dünyanın 70 ölkəsindən 120 nəfər iştirak edir.

İştirakçılar arasında rəqabətlər televiziya vasitəsi ilə birbaşa canlı yayımla onlayn aparılır.

Yarışların peşəkar qiraət bölməsinin iştirakçıları öz tilavətlərin videosunu yarışların keçirilməsinə komitəsinə göndərirlər. Quranın hifzi üzrə yarışanların rəqabəti isə bütün mərhələlərdə birbaşa canlı yayım və onlayn aparılır.

مسابقات بین المللی قرآن

Ötən gün 120 nəfərin iştirakı ilə başlayn yarımfinal mərhələsi Yanvar ayının 21-də başa çatacaq.

İranın 37-ci beynəlxalq Quran yarışlarının final mərhələsi Həzrət Məhəmməd (s) peyğəmbərin "besət"inin ildönümü astanasında keçiriləcək.  

Qeyd edək ki, bu yarışların ilk mərhələsinə 70 ölkədən 600 nəfər qatılmışdı. Onların 120 nəfəri yarımfinal mərhələsinə vəsiqə qazana biliblər. Hazırda rəqabət aparan 120 nəfərin 50 nəfəri final mərhələsində yarışa biləcəklər.

Qurani-Kərimin tərtili və təhqiqi qiraəti və hifzi, həmçini təfsir və xütbə ixtisasları üzrə keçirilən bu yarışlarda xanımlar, kişilər və dini elm tələbələri iştirak edirlər. /3947912/

captcha