IQNA

Sionist rejimlə əlaqələrin normallaşdırılması Qurana ziddir - Müsahibə

8:52 - December 22, 2020
Xəbər sayı: 3488897
Tehran (IQNA) -  Sionist İsrail rejiminin silahlı qoşunları qərargahının sözçüsü Dünya Ərəb Dili Günü bəzi ölkələrin sionist rejimi ilə əlaqə qurmalarını Quran ayələrinə istinadən izah etmək istəyib.

Tehran (IQNA) -  Sionist İsrail rejiminin silahlı qoşunları qərargahının sözçüsü Dünya Ərəb Dili Günü (18 Dekabr) çıxışında bəzi Ərəb ölkələrinin sionist İsrail rejimi ilə normal əlaqə qurmalarını Quran ayələrinə istinadən izah etmək istəyib.

O, Quranın Bəqərə surəsinin 208 və 120-ci ayəsinə istinadən ölkələr arasında mədəni, siyasi, iqtisadi və hərbi əlaqələrin normallaşdırılması, hamının sülh şəraitində yaşaması və düşmənçiliyin olmamasının gərəkdiyini söyləyib.  

Onun bu çıxışı müsəlman ölkələrinin Quran Elmləri sahəsinin ekspertləri tərəfindən populist hay-küy və media xuliqanlığı kimi dəyərlərndirilib və eləcə də istinad etdiyi Quran ayəsinin sionist rejimlə əlaqələrin normallaşdırılması ilə heç bir əlaqəsinin olmadığını vurğulayıblar.

Onlar sionist rejiminin silahlı qüvvələrini ərəbdilli sözçüsünün hərzə danışıqlarına münasibət bildirərək vurğulayıblar ki, İslami ölkələrin İsrail rejimi ilə əlaqələrini kəsməsini regionda sülhün sual altına getməsi mənasına deyil. Xain Ərəb rejimləri də bilməlidirlər ki, sionistlərlə saziş və sülh dəyişilməməli mövqe və prisiplərin dəyişməsi deməkdir.    

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) bu barədə İraqın Quran Elmləri üzrə eksperlətinin bir neçəsinin fikirini öyrənib ki, bir neçə məqamı oxucularımıza təqdim edirik.

صلح با ظالم روی‌گرداندن از ارزش‌های انسانی است / عادی‌سازی با رژیم اسرائیل؛ در تضاد با نص صریح قرآن

İraqın siyasi məsələlər üzrə təhlilçisi və Qurani Media Eksperti Məhəmməd Nəbil ət-Təmimi sionist rejimin hərbi qüvvələri sözçüsünün Quranın Bəqərə surəsinin 208-ci ayəsi barədə iddiasını elə Bəqərə surəsinin 120-ci ayəsində istinadən rədd edərək vurğuladı:

"İslam ümmətinin digər dinlərin nümayəndələri ilə sülh şəraitində yaşaması üçün heç bir problemi yoxdur. Amma minlərlə günahsız insan və uşağın qanına əli batmış və beynəlxalq sülhə qarşı olan saxta bir rejim ilə sülh etməyin mənası nədir? Məgər əlləri qətliama bulaşmış, Suriya və Yəməndə terroru və təcavüzü dəstəkləyən bu nəhs rejim sülhün mənasını dərk edirmi? Elə bir rejim ki, minlərlə günahsız insanı öldürüb və minlərlə insanın öldürülməsinə kömək edib, zalim və diktarot rejimləri dəstəkləyir. Belə bir rejim sülhün himayədarı ola bilərmi?  

İslami ölkələrin İsrail rejimi ilə əlaqələrini kəsməsini regionda sülhün sual altına getməsi mənasına deyil. Xain Ərəb rejimləri də bilməlidirlər ki, sionistlərlə saziş və sülh dəyişilməməli mövqe və prisiplərin dəyişməsi deməkdir. Biz öz etiqadi prinsiplərimizə sadiq qalmalıyıq. Bu prinsiplərə əsasən addım atmalıyıq. Azadlıqsevər millətlər sionist rejimi ilə əlaqələrin normallaşdırılmasını birdəfəlik rədd ediblər. Məzlumları öldürən, ölkələrin müstəqilliyinə təcavüz edən, digər ölkələrin şəxsiyyətlərini terror edən və uşaq qatili bir rejimlə sülh və dostluq etməyin heç bir mənası yoxdur. Onların sülhdən dəm vurması hərzəçilik və xuliqanlıqdır.

صلح با ظالم روی‌گرداندن از ارزش‌های انسانی است / عادی‌سازی با رژیم اسرائیل؛ در تضاد با نص صریح قرآن

Digər iraqlı mütəxəssis Həsəneyn əl-Hülv (Kərbəla hərəmlərinin qari və azançısı və media fəali) Qurani-Kərimin Maidə surəsinin 51 və 82-ci və Bəqərə surəsinin 120-ci ayələrinə istinadən ki, müşrik, yəhudi və xristianlarla hər hansı bir sazişi şiddətlə qınayır, Amerika və sionist rejimini müsəlmanların ən aşkar və bariz düşməni hesab etdi.

O, bəzi ərəb ölkələrinin bu rejim ilə sazişə girməsini İslam ümmətinə, Quran və Peyğəmbərə (s) xəyanət adlanıdıraraq bildirdi: Çünki müsəlmanlar əleyhinə baş verən bütün müharibələrdə xristianlardan fərqli olaraq yəhudilər gizlin və ya aşkar və birbaşa müdaxilə ediblər və onlar müsəlmanlar əleyhinə hiylə və tor toxumaqda heç bir işdən çəkinməyiblər.

əl-Hülv əlavə etdi: Bəqərə surəsinin 208-ci ayəsindəki "silm" sözü ilə Allah-Taala möminləri itaətkarlıqda bir-biri ilə dostluğa, sabitliyə və sülhə dəvət edib. Ayədən anlaşılan budur ki, sülh təkcə iman sayəsində reallaşa bilər. Və dünyəvi meyarlar dünyada baş verən müharibə odunu söndürməyə qadir deyil.

صلح با ظالم روی‌گرداندن از ارزش‌های انسانی است / عادی‌سازی با رژیم اسرائیل؛ در تضاد با نص صریح قرآن

Kufə məscidinin Darul-Quranil-Kərim İdarəsinin müdiri və Quran Elmləri mütəxəssisi Adil əl-Yasiri sionist israil rejimi hərbi qüvvələrinin ədərbdilli sözçüsünün iddiasının Quranın nəssinə zidd olduğunu vurğulayaraq qeyd etdi: Quran ayələrinə əsasən sionist israil rejimi ilə əlaqələrin normallaşdırılması müsəlmanların İslam dini ilə düşmənçilik edən müşkiklərlə dostluğu qədər yolverilməzdir. Quran bunu çox aydın bir şəkildə deyib və bundan heç bir şübhə yoxdur.

Sionist israil rejimi hərbi qüvvələrinin ədərbdilli sözçüsünün istinad etdiyi ayədə Allah-Taala möminləri Allaha itaətkarlıqda və şeytana qarşı (amerika və israil) mübarizədə dost olmalarını vurğulayıb. Bu aydə yəhudilər ilə əlaqələrin normallaşdırılması üçün bər dəlil yoxdur.

Bundan əlavə Maidə surəsinin 51-ci ayəsi müsəlmanlara yəhudilər ilə hər hansi bir əlaqə qurmağı qadağan edir və Maidə surəsinin 82-ci ayəsində yəhudilər ilə müşrikləri bir sırada göstərib.  Və bu ayədə göstərilib ki, yəhudilər heç bir ədh və peymana sadiq deyildirlər. Buna görə də onların olduğu yerdə heç bir təhlükəsizlik ola bilməz. Həzrət Musanın (ə) onlar üçün o qədər iş görməsinə rəğmən onlar öz peyğəmbərlərinə xəyanət etdilər və Samirinin öküzünə tapındılar, hidayət yolunu azdılar.

əl-Yasiri vurğuladı: İslam ümmətinin başçıları özlərindən soruşmalıdırlar ki, sionist rejimi ilə sülh və əlaqələrin normallaşdırılması nəyin qarşılığındadır? Sionist rejimi indəyədək hansı əhdə vəfa edib? Fələstinlilərin hüquqlarını tanıyıbmı? Uşaq, qadın və qocaları qətliam etməkdən əl çəkibmi?

Sionist rejimi ilə sülh edən rejimlər təkcə öz qüdrət kürsülərini və mövqelərini qorumaq üçün edirlər.

Sionist israil rejimi hərbi qüvvələrinin ədərbdilli sözçüsü bu suala cavab versin ki, dünyada məzlumları, uşaqları qətliam edən, günasız insanları terrorla ölürdən və bu işlə məşğul olanları dəstəkləyən kimdir? Məzlum millətləri mühasirəyə almaqla və zor tətbiq etməklə hakimiyyət etmək istəyənlər kimdir?

Müsahibə etdi: Təyyibə İmamqulu   

/3942305

captcha