IQNA

Ruhani: "İran Azərbaycan Respublikası ilə əlaqələri genişləndirmək əzmindədir"

21:18 - December 09, 2020
Xəbər sayı: 3488816
İran İslam Respublikası prezidenti Bakı-Trhran münasibətlərini yaxşı və qardaşcasına dəyərləndirib və deyib: "İran İslam Respublikasının iradəsi Azərbaycan Respublikası ilə əlaqələri genişləndirməkdir"

IQNA (Beynəlxalq Quran Xəbər Agenltiyi) xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Azərbaycan Respublikasının xatrici işlər naziri Ceyhun Bayramovla Tehranda baş tutan görüşü zamanı, İranın Qarabağ münaqişəsi barədə aydın və qətiyyətli mövqeyinə toxunaraq, bu bölgədəki müharibənin bitməsi, Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsi və atəşkəsin bərqərar edilməsindən məmnunluq ifadə edib.

İran prezidenti, həmçinin Tehran və Bakı arasındakı müqavilələrə, o cümlədən Astara-Rəşt dəmir yolu layihəsinə işarə edərək, bu müqavilələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

"İran və Azərbaycan Respublikası arasında razılaşdırılmış birgə əməkdaşlıq layihələrinin, o cümlədən Xudafərin su bəndi və elektrik stansiyasının inşası üçün lazımi şərait mövcuddur  və iki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqlarını daha da inkişaf etdirə bilərlər", - deyə Ruhani əlavə edib.

Ceyhun Bayramov da bu görüşdə, İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və deyib: "Azərbaycan və İran arasındakı sərhəd dostluq və inkişaf sərhədidir və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi və İranla 132 kilometrlik sərhədin bərpa edilməsi ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar yaradaq". 

Azərbaycan Respublikasının xarici işlər naziri, həmçinin Rəşt-Astara dəmir yolu layihəsinin icrasının İranla iqtisadi və ticarət əməkdaşlıqlarının inkişafına səbəb olacağını bildirib və ümidvarlıq edib ki, yeni beynəlxalq şərtlərlə və ABŞ sanksiyaları səbəbindən mövcud maneələrin aradan qaldırılması ilə Tehran-Bakı birgə əməkdaşlıq layihələri sürətlə həyata keçiriləcəkdir.

Bayramov, həmçinin iranlı alim şəhid Möhsün Fəxrizadəyə qarşı terroru qınayıb və bir alimin terror edilməsinin heç bir vəchlə qəbuledilməz olduğunu vurğulayıb.

captcha