IQNA

Həzrət Əlinin (ə) səhabəsi Malik Əştərin qəbri – Foto

13:04 - December 13, 2018
Xəbər sayı: 3484337
Həzrət Əlinin (ə) ordusunun rəhbəri, şücaətli döyüşçü, Həzrətin (ə) xüsusi şiələrindən Malik Əştərin qəbri Qahirənin yaxınlığında yerləşir və hər gün onlarla müsəlmanın ziyarətgahıdır.

Həzrət Əlinin (ə) səhabəsi Malik Əştərin qəbri – FotoİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Həzrət Əlinin (ə) ordusunun rəhbəri, şücaətli döyüşçü, Həzrətin (ə) xüsusi şiələrindən olan Malik Əştər Nəxəinin müqəddəs qəbri Qahirənin yaxınlığında yerləşir və hər gün onlarla müsəlmanın ziyarətgahıdır. 

Qeyd edək ki, Malik ibn Haris Əbd Yəğus Nəxəi Malik Əştər adı ilə məşhurdur. O, Həzrət Əlinin (ə) ordusunun rəhbəri, şücaətli döyüşçü, Həzrətin (ə) xüsusi şiələrindən idi. O, çox güclü kişi, şiələrin rəhbərlərindən idi. O, çox zahid, alim, ağıllı və fəqirliklə, sadə yaşayan mömin bir şəxsiyyət olub. 
Onun həyatının ən mühüm hadisələrindən biri də hicrətin 38-ci ilində Həzrət Əli (ə) tərəfindən Misirə hakim təyin edilməsi olmuşdur. Həzrət Əli (ə) Maliki ona görə Misirə hakim təyin etdi ki, Müaviyənin Muhəmməd ibn Əbu Bəkrə qarşı yaratdığı fitnənin qarşısını alsın.
Maide.Az  Malik Əştərin məqbərəsindən yeni fotoları təqdim edir: 
 
 
 
Teqlər: iqna ، malik Əştər ، misr ، qahirə
captcha