IQNA

Kərbəlada "əz-Zəhra (s)" universiteti təsis ediləcək

23:30 - December 12, 2018
Xəbər sayı: 3484336
İraqın Təhsil Nazirliyi Kərbəla şəhərində qızlar üçün "əz-Zəhra (s)" universitetinin təsis edilməsi ilə razılaşıb. Bu universitet Imam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərəcək.

Kərbəlada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Təhsil Nazirliyi Kərbəla şəhərində qızlar üçün "əz-Zəhra (s)" universitetinin təsis edilməsi ilə razılaşıb.

Bu barədə Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin idarəçilik heyətinin elmi və mədəni işlər üzrə rəis müavini Əfzəl Şami xəbər verib.

Əfzəl Şami deyib: Bu universitetin nəzdində müxtəlif institut və kolleclər fəlaiyyət göstərəcəkdir. Bunlardan yeni tibbi texnologiyalar, tərbiyəvi elmlər və əczaçılıq institutlarına işarə etmək olar.

Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin idarəçilik heyətinin elmi və mədəni işlər üzrə rəis müavini Əfzəl Şami "əz-Zəhra (s)" universitetinə 2019-2010-cu təhsil ilinin əvvəlindən sənəd qəbulunun başlayacağına işarə edərək deyib: Bu universitetinin qızlar üçün digər bir şöbəsi də Nəcəf şəhərində təsis ediləcəkdir.

Əfzəl Şami İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Varisul-Ənbiya" universiteti barədə deyib: Hazırda bu universitetin Kərbəla şəhərindən kənarda hansısa şöbəsinin açılması barədə bir qərarımız yoxdur.  

http://iqna.ir/fa/news/3771822

captcha