IQNA

Məkkədən Mədinəyə sürətli qatar reysi açıldı

11:03 - September 25, 2018
Xəbər sayı: 3483941
Səudiyyə Ərəbistanın Məkkə şəhərindən Mədinə şəhərinə tarixdə ilk dəfə olaraq bu gün, həftənin ikinci günü, 25 Sentyabr 2018-ci il, sürətli elektirik qatarı yola düşdü.

Məkkədən Mədinəyə sürətli qatar reysi açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Məkkə şəhərindən Mədinə şəhərinə tarixdə ilk dəfə olaraq bu gün, həftənin ikinci günü, 25 Sentyabr 2018-ci il, sürətli elektirik qatarı yola düşdü.

Ərəbistan şahı Məlik Abdullahın iştirakı ilə açılış mərasimi keçirilən bu qatarın sürəti saatda 300 km-dir. Qatar 450 km-lik məsafədə beş yerdə: Məkkə, Cəddə, Məlik Əbdüləziz hava limanı, Rabiğ Mədinədə Məlik Abdullah iqtisadi şəhərciyi, dayanacaqdır.

Ən müasir avadanlıqlarla təchiz edilmiş bu qatar il ərzində hərəkət etdiyi marşurutda 60 milyon sərnişin daşıyacaqdır.

Qeyd edək ki, 2010-ci ildə də Məkkənin “müqəddə məşərlər” qatarı reysə buraxılmışdı. Bu qatar Məkkə, Mina, Ərəfə və Müzdəlifə arasında müsafiləri daşıyır.    

http://iqna.ir/fa/news/3749868  

captcha