IQNA

“Kərbəla şəkilləri” fotomüsabiqəsində 600 nəfər iştirak edir

17:39 - September 24, 2018
Xəbər sayı: 3483933
Dünyanın müxtəlif yerlərindən “Beynəxalq Kərbəla şəkilləri fotomüsabiqəsi”ndə 600 nəfər fotoqraf 3900 çərçivə şəkil çərçivəsi göndəriblər.

“Kərbəla şəkilləri” fotomüsabiqəsində 600 nəfər iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın müxtəlif yerlərindən “Beynəxalq Kərbəla şəkilləri fotomüsabiqəsi”ndə 600 nəfər fotoqraf 3900 çərçivə şəkil çərçivəsi göndəriblər.

Fotoların mövzusu ƏRBƏİN ziyarəti, İmam Hüseynin (ə) Kərbəla inqilabının dəyərlərini, AŞURA qiyamının dünyadakı görüntüsünü və Kərbəla ilə bağlı digər mövzuları ehtiva edir.

Tarixdə ilk dəfə keçirilən bu yarış İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının təşəbbüsü və İraqın fotoqraflar birliyinin həmkarlığı ilə təşkil edilmişdir.

Müsabiqənin yarışları Kərbəlanın beşinci “Səccadiyyə təratili” beynəlxalq festivalının haşiyəsində mükafatlandırılacaqlar. Yarışda birinci, ikinci və üçüncü yerlərin qaliblərinin hər birinə 1000 dollardan 500 dollaradək mükafat veriləcəkdir.   

Fotomüsabiqənin keçirilməsinin hədəfi İmam Hüseynin (ə) qiyamının dəyərlərinin beynəlxalq cəmiyyətdə təbliği və bu dəyərlərin fotolar vasitəsi ilə dünyada genişləndirilməsi.

Əsas mövzusu İmam Hüseynin (ə) qiyamı və ƏRBƏİN ziyarəti olan bu yarışların hakimlər heyəti Oman, Ərəbistan, İran və Misr respublikalarındadır.

Qeyd edək ki, Kərbəlanın beşinci “Səccadiyyə təratili” beynəlxalq festivalı Məhərrəm ayının son günlərində başlaycaqdır.   

http://iqna.ir/fa/news/3749564  

captcha