IQNA

Avstriyada "Qurani yaşam tərzi"ni ehtiva edən 30 poster paylanıldı

9:15 - June 25, 2018
Xəbər sayı: 3483371
Avstriyanın paytaxtı Vyananın İmam Əli (ə) adına İslam Mərkəzi "Qurani yaşam tərzi" adlı 30 ədədlik posterlər məcmuəsini çap və nəşr edərək cəmiyyət arasında payladı.

Avstriyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstriyanın paytaxtı Vyananın İmam Əli (ə) adına İslam Mərkəzi "Qurani yaşam tərzi" adlı 30 ədədlik posterlər məcmuəsini çap və nəşr edərək cəmiyyət arasında payladı.

Bu posterlərdə Qurani-Kərimin ayələri və Əhli-Beytdən (ə) olan hədis və rəvayətlərdən götürülmüş hikmətli kəlamlar yazılıb. Bu hikmətli kəlamlar insanlara müştərək həyatı necə təşkil etməyi və necə davamlı saxlamağı öyərdir.

Quran ayələri adətən müvəffəq yaşam tərzi üçün ailələrə ümumi meyarlar göstərir və bu meyarların həyatda necə icra olunmasını və tətbiq edilməsini Əhli-Beytin (ə) hədisləri bizim üçün təfsir edir.

Avstriyanın paytaxtı Vyananın İmam Əli (ə) adına İslam Mərkəzi "Qurani yaşam tərzi" adlı posterlər məcmuəsi də insanlara xülasə şəkildə ailələrə ən mühüm həyat tərzi məharətlərini xatırlardır.

Bu posterlərdə göstərilən həyat tərzi qaydalarından bir neçəsinə işarə edirik:

"Ailədə kişi və qadın rabitələrini möhkəmlədən məsuliyyət qəbul etmək və az intizarlı olmaqdır". (Nisa/128)

"Evi məhəbbət, eşq və atifə ilə doldurun". (Rum/21)

"Ailəniz üçün etimadlı olun və heç vaxt ailənizin sirrini dağıtmayın" (Bəqərə/187)

"Ailənizlə elə rəftar edin ki, sizinlə o cür rəftar edilməsini istəyirsiniz" (hədis)

"İnsanın imanı çoxaldıqca, ailəsini daha çox sevir" (hədis)

"Ata və anasına təşəkkür etməyinin şükrünü Allah da qəbul etməz" (hədis)

"İsraf həyatın bərəkətini azaldar" (hədis və ayə: Əraf/31)

"Üzmək və səfərə çıxmaq həyat proqramlarınızın bir hissəsi olsun, çünki bu ikisi şadlıq və sağlamlıqdır" (hədis).

http://iqna.ir/fa/news/3724839

Teqlər: iqna ، quran ، hədis ، dini yaşam tərzi
captcha