IQNA

Tunisin "Quran Birliyi" mübahisəli hesabata qarşı reaksiya verdi

8:56 - June 25, 2018
Xəbər sayı: 3483370
Tunisin İslami Mədəniyyət Mərkəzinin ustadı Fatimə Şəqut da bu barədə bildirib ki, "fərdi azadlıq və bərabərlik komitəsi"nin bəyaniyyəsi Quranı təhqir etməkdir.

Tunisin İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisin "fərdi azadlıq və bərabərlik komitəsi" son günlərdə bəyaniyyə yayaraq edam hökmünün, homoseksualizmin cinayət hesab edilməsinin, insanların xüsusi həyatı ilə maraqlananların cəzalandırılması hökmünün və mübarək Ramazan ayında restoran və qəhvəxanaların bağlanılması qanununun ləğv edilməsini tələb ediblər.

Bu bəyaniyyədə həmçinin tələb edilir ki, kişi və qadın arasında, hətta irs mərələsində belə kamil bərabərlik olsun, zina övladı məfhumu olmasın və bütün doğulan uşaqlar, istər qanuni evlilikdən, istərsə də qeyri-qanunu evlilikdən olan uşaqlar, qanuni və şəri övlad sayılsın, qadınlar üçün "iddə" hökmü olmasın və həmçinin mehriyyə qadının hörmət və kəramətinə zidd olduğu üçün yığışdırılsın.

Tunisin "Quran, konstitusiya və ədalətli inkişafı üçün milli müdafiə koordinasiya təşkilatı" bir çox şəri hökmlərinin ləğvini tələb edən bu bəyaniyyəyə qarşı reaksiya verib.

Tunisin "Quran, konstitusiya və ədalətli inkişafı üçün milli müdafiə koordinasiya təşkilatı", bir qrup vəkillər, Zeytuniyyə universitetinin müəllim və tələbələri və keçmiş dini işlər naziri ölkənin baş müftisi Osman Bəttixdən tələb ediblər ki, sözügedən bəyaniyyənin qarşısında sükut etməsin. Çünki heç bir elmi və əqli əsası olmayan bu bəyaniyyə ölkənin milli və dini kimliyinə zərbə vurmaq istəyir və cəmiyyətdəki sülhü və sabitliyi təhdid edir.

Tunisin İslami Mədəniyyət Mərkəzinin ustadı Fatimə Şəqut da bu barədə bildirib ki, "fərdi azadlıq və bərabərlik komitəsi"nin bəyaniyyəsi Quranı təhqir etməkdir.

http://iqna.ir/fa/news/3724921

captcha