Maide.Az "Clisel.com" saytına istinadən xəbər verir ki, "Quran: mətn, tərcümə və mədəniyyət" mövzusunda keçirilən konfransa başlığı altında keçiriləcək.
İki günlük konfras cari ilin noyabr ayının 9-da Quran və onun təfsiri baxımından müxtəlif aspektləri öyrənmək məqsədilə öz işinə başlayacaq.
Konfransda akademiklər, mütəxəssislər və din alimləri iştirak edəcək. Quranın mətni, əlifbasının tarixi, tərcüməsi, Qurani – Kərim və hüquqi ənənələr, Quran və əxlaq mövzusunda müzakirələr aparılacaq.
Konfransda iştirak etmək istəyənlər aprel ayının 30-dək öz məqalələrini konfransın katibliyinə göndərə bilər.
Maraqlanan şəxslər daha ətraflı məlumat üçün London Universitetində Şərq və Afrika Araşdırmaları Universitetinin informasiya mərkəzinə müraciət edə bilər.