IQNA

Səudiyyə mediaları İraqda yeni yaranmış terrorist qurupları dəstəkləyir

0:06 - December 18, 2017
Xəbər sayı: 3482520
Vəhabi və terrorçu Səudiyyə Ərəbistanın “Ukaz” qəzeti İraqda yeni peyda olmuş “Ağ Bayraqlar” terrorist qruplaşmasını müdafiə edərək yazdı ki, bu qruplaşmanın İŞİD-lə heç bir əlaqəsi yoxdur.

Səudiyyə mediaları İraqda yeni yaranmış terrorist qurupları dəstəkləyirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq təhlükəsizlik qüvvələri və xalq könüllülərinin İraq torpağını İŞİD terroristlərin mənfur və nəhs vücudundan təmizləməsinə baxmayaraq onların qalıqları müxtəlif yerlərdə gizlənə bilmiş və yenidən yeni adla peyda olmuşdur.
Bu dəfə İraqın şimalında “ağ bayraqlar” adlı yeni bir terrorist qrup öz mövcudluğunu elan etmişdir.
Səudiyyə qəzetləri “ağ bayraqlar” terrorist qruplaşmasını müdaifə edərək yazıblar ki, onlar terrorçu deyil, Kürdlərin Səlahuddin əyalətində İraq dövlətinə müxalif olan dəstəsidir.  
Təkfirçi terrorist vəhabi şeyxlərinin idarə etdiyi Səudiyyə Ərəbistanın “Ukaz” qəzeti İraqda yeni peyda olmuş “Ağ Bayraqlar” terrorist qruplaşmasını müdafiə edərək yazdı ki, İraqın Səlahuddin əyalətində peyda olan bu qruplaşmanın İŞİD-lə heç bir əlaqəsi yoxdur. Bu qruplaşmanın üzvlərinin çoxu siyasi partiyalara bağlı kürd yerlilərdir və radikal hesab edilmirlər.
Ərəbistanın Ukaz qəzeti yazır: “Ağ Bayraqlar” qrupu İraqın kürdlər yaşayan Səlahhuddin əyalətinin Tuzxurmatu şəhərində mərkəzləşiblər.
İraq palamentində Türkmənlərin nümayəndəsi olan Casim Məhəmməd Cəfər isə deyib ki, “Süfyani” və “Ağ bayraqlar sahibləri” adlı qruplaşmalar ikisi də terroristdirlər. Onların sayı 500-ə yaxındır və bəzi kürd rəhbərləri də onları himayə edir və dəstəkləyirlər.
http://iqna.ir/fa/news/3673463

Teqlər: iqna ، ağ bayraqlar ، kürdüstan
captcha