IQNA

İranın dini ədəbiyyatı Bolqarıstanın beynəlxalq kitab sərgisində

9:35 - December 17, 2017
Xəbər sayı: 3482517
İran İslam Respublikasının dini kitabları və milli-mədəni ədəbiyyatı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 45-ci beynəlxalq illik kitab sərgisində nümayiş edilib.

İranın dini ədəbiyyatı Bolqarıstanın beynəlxalq kitab sərgisindəİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)  verdiyi xəbərə görə, İran İslam Respublikasının dini kitabları və milli-mədəni ədəbiyyatı İİR-nın Bolqarıstandakı Mədəniyyət Əlaqələri İdaərsinin təşəbbüsü ilə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 45-ci beynəlxalq illik kitab sərgisində nümayiş edilib.

İİR-nın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya şöbəsi bu barədə yaydığı xəbərdə deyilir ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərində 45-ci beynəlxalq illik kitab sərgisi cari ilin Dekabr ayının 12-də öz işinə başlamışdır. Kitab sərgisi Sofiya şəhərinin Milli Mədəniyyət Sarayında və “Bolqar Kitab Birliyi” tərəfindən keçirlir. Sərgidə İran İslam Respublikasının dini kitabları və milli-mədəni ədəbiyyatı nümayiş edilib.    

Bu gün öz işini yekunlaşdıracaq bu sərgidə İranşünaslıq, fars dili və ədəbiyyatı, İran şairlərinin fars, ərəb, bolqar və ingilis dilində şerlərinin orjinalı və tərcümələri, İranda çap edilən məzhəbi kitablar, İslam İnqilabından yazan kitablar, İranın tarixi məkanları və turizim şəhərləri barədə kitablar və İranın milli ən sənayesi işləri sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

Sofiya kitab sərgisində hər il daxil və xaricdən, o cümlədən Çexislovakiya, Macarıstan, Slavakiya və Polşadan 200-dən çox nəşriyyat iştirak edirlər.

Atıq beş ildir ki, kitab sərgisinin kənarında Bolqarıstan milli ədəbiyyatı festivalı da keçirilir.  

http://iqna.ir/fa/news/3673220

captcha