IQNA

BMT Myanma dövlətini müsəlmanlar əleyhinə zorakılığın davam etməsində günahlandırdı

0:10 - October 20, 2017
Xəbər sayı: 3482284
Birləşmiş Millətlər Təşkilatının xüsusi müşavirlərinin iki nəfəri elan etdilər ki, Myanma dövləti ruhingiyalı müsəlmanları onlara qarşı həyata keçirilən zorakılıq və zülm qarşısında qorumayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi müşavirlərinin iki nəfəri elan etdilər ki, Myanma dövləti ruhingiyalı müsəlmanları onlara qarşı həyata keçirilən zorakılıq və zülm qarşısında qorumayıb.

Həftənin ikinci günü Myanma müsəlmanları barədə çıxış edən bu iki müşavir bildiriblər ki, Myanma dövləti Raxin əyalətində yaşayan ruhingiyalı müsəlmanları qorumaqda bir dövlət kimi boynunda olan beynəlxalq öhdəliklərə əməl etməyib.

Adam Ding və İvan Seminoviç (BMT-nin xüsusi müşavirləri) həmçinin bildiriblər ki, beynəlxalq cəmiyyətlər də Myanma böhranı məsələsində öhdəlirinə düşən qədər aktiv olmadılar və ruhingiyalı müsəlman azlıqlara kömək etməkdə layiqincə əməl etmədilər.

Qeyd edək ki, cari ilin Avqust ayından Myanmada ruhingiyalı müsəlmanlara qarşı törədilən soyqırım cinayətlərindən sonra 500 min nəfərdən çox müsəlman qaçqın düşmüş və Banqladeşə sığınmışlar.

BMT Təhlükəsizlik Şurası (TŞ) dəfələrlə Myanmadan tələb edib ki, Raxin əyalətində hərbi əməliyyatları dayandırsın və müsəlman qaçqınların qayıtması üçün şərait yaratsın. Eyni halda TŞ öz tələbini ciddi şəkildə izləməyib və Myanma dövləti əleyhinə qətnamə verərək bu dövlətə təzyiq etməyib.

http://www.iqna.ir/fa/news/3654593


Teqlər: iqna ، myanma ، myanmar ، raxin ، ruhingiya
captcha